Qazaxıstanda meşə yanğınları: ölənlərin sayı 14-ə çatdı

Qazaxıstanda meşə yanğınları: ölənlərin sayı 14-ə çatdı

Qazaxıstanın şərqindəki Abay vilayətində meşə yanğınları zamanı itkin düşmüş daha 11 nəfərin cəsədi aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bununla da ölənlərin sayı 14 nəfərə çatıb.

Qısa müddətdə 60 min hektar sahəyə yayılan yanğının söndürülməsinə mindən çox canlı qüvvə, 250 ədəd texnika və 11 helikopter cəlb olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki gündür davam edən böyük meşə yanğınları fonunda fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb.

Teqlər: