Qazaxıstanın şimalındakı Kostanay vilayətində meşə yanğınlarına yaxın kəndlərin min nəfərdən çox sakini təxliyə olunub.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın güclü külək nəticəsində sürətlə yayılmağa başlayıb. İndiyədək 3 min hektara qədər meşə sahəsi yanıb.
Fövqəladə hallar naziri Yuri İlin yanğının Amankaraqay kəndi yaxınlığındakı neft bazasına keçməsi təhlükəsi barədə xəbərdarlıq edib.