Qazaxıstanda məmurlara qumar qadağan edildi

Qazaxıstanda məmurlara qumar qadağan edildi

Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları qumar oyunları, lotereyalar və lotereya fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklikləri qəbul ediblər.

AzerTimes xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklərə əsasən, 21 yaşı tamam olmayan vətəndaşlar, dövlət qulluqçuları, hərbi qulluqçular və xüsusi dövlət qurumlarının əməkdaşlarının qumar və mərc oyunlarında iştirakına qadağa qoyulub.

Lisenziyası olmayan xarici bukmeker kontorlarının və lotereyaların internet resurslarının ölkədə fəaliyyətinə də qadağa qoyulub.

Bu qaydaları pozan şəxslər işdən çıxarılacaq.

Teqlər: