Qazaxıstanda koronavirusdan son sutka 794 nəfər sağalıb, 1 264 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 264 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 229 217 nəfərə çatıb, onlardan 2 891 nəfəri isə vəfat edib.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 794 olmaqla 209 630 nəfəri sağalıb.