Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 795 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 210 357 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 696 olmaqla 194 375 nəfəri sağalıb.

Teqlər: