Qazaxıstanda koronavirusdan son sutka 662 nəfər sağalıb, 752 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 752 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 220 770 nəfərə çatıb, onlardan 2 830 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 662 olmaqla 204 129 nəfəri sağalıb.

Teqlər: