Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 049 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 223 720 nəfərə çatıb, onlardan 2 840 nəfəri isə vəfat edib.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 595 olmaqla 206 149 nəfəri sağalıb.