Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 791 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 212 809 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 590 olmaqla 196 543 nəfəri sağalıb.