Qazaxıstanda may ayının əvvəlindən bəri koronavirusa yoluxma sayı 2,1 dəfə azalıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bildirib.
Onun sözlərinə görə, Ümumilikdə ölkə üzrə koronavirus infeksiyası ilə xəstələnmə sayında azalma davam edir:
“Son bir həftə ərzində aşkar olunan koronavirusa yoluxma sayı 11 mindən 8 minə və ya keçən həftəyə nisbətən 1,3 dəfə azalıb. May ayının əvvəlindən bəri xəstələnmə sayı 2,1 dəfə azalıb”.