Qazaxıstanda koronavirusa daha 7 769 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 769 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 618 513, ölənlərin sayı isə 5 402 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 7 696 nəfər, hazırkı dövrədək isə 507 661 nəfər sağalıb.