Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 747 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 664 524, ölənlərin sayı isə 7 103 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 7 512 nəfər, hazırkı dövrədək isə 548 362 nəfər sağalıb.