Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 7 656 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 253 759 nəfərə, ölənlərin sayı isə 13 295 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 16 371 nəfər, hazırkı dövrədək isə 1 114 833 nəfər sağalıb.