Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 235 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 649 120, ölənlərin sayı isə 6 973 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 7 702 nəfər, hazırkı dövrədək isə 533 329 nəfər sağalıb.