Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 725 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 736 906, ölənlərin sayı isə 8 209 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 5 918 nəfər, hazırkı dövrədək isə 610 719 nəfər sağalıb.