Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 637 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 535 906, ölənlərin sayı isə 5 382 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 2 381 nəfər, hazırkı dövrədək isə 449 377 nəfər sağalıb.