Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 314 yoluxma halı qeydə alınıb, 113 nəfər xəstəlikdən dünyasınıdəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 743 220 çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 5 097 nəfər, hazırkı dövrədək isə 615 816 nəfər sağalıb.