Qazaxıstanda koronavirusa daha 4 930 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 930 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 803 601-ə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 591 çatıb.


Bildirilir ki, ötən gün koronavirusdan 10 161 nəfər, hazırkı dövrədək isə 701 641 nəfər sağalıb.

Teqlər: