Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 897 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 816 896 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 851 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 4 982 nəfər, hazırkı dövrədək isə 721 627 nəfər sağalıb.