Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 693 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 462 417, ölənlərin sayı isə 4 716 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 1 770 nəfər, hazırkı dövrədək isə 415 268 nəfər sağalıb.