Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 575 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 839 499 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 10 297 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 4 120 nəfər, hazırkı dövrədək isə 758 090 nəfər sağalıb.