Qazaxıstanda koronavirusa daha 2 252 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 2 252 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 884 886 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 178 nəfərə çatıb.


Bildirilir ki, ötən gün koronavirusdan 2 271 nəfər, hazırkı dövrədək isə 820 792 nəfər sağalıb.