Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 953 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 890 993 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 292 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 2 238 nəfər, hazırkı dövrədək isə 828 328 nəfər sağalıb.