Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 811 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 348 308 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 2 816 olmaqla 304 673 nəfər sağalıb, 3 964 nəfəri isə vəfat edib.