Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 719 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 880 709, virusun törətdiyi nəticələrdən ölənlərin sayı isə 11 100 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 2 781 nəfər, hazırkı dövrədək isə 815 664 nəfər sağalıb.