Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 697 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 936 084 nəfərə, ölənlərin sayı isə 12 053 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 2 241 nəfər, hazırkı dövrədək isə 881 124 nəfər sağalıb.