Qazaxıstanda koronavirusa daha 1 624 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 624 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 894 334 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 350 nəfərə çatıb.


Bildirilir ki, ötən gün koronavirusdan 2 257 nəfər, hazırkı dövrədək isə 832 498 nəfər sağalıb.