Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 353 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 931 137 nəfərə, ölənlərin sayı isə 11 975 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 1 668 nəfər, hazırkı dövrədək isə 874 647 nəfər sağalıb.