Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 191 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 394 075, ölənlərin sayı isə 4 042 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 1 229 nəfər, hazırkı dövrədək isə 366 204 nəfər sağalıb.