Qazaxıstanda koronavirusa daha 1 031 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 031 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 949 630 nəfərə, ölənlərin sayı isə 12 259 nəfərə çatıb.


Bildirilir ki, ötən gün koronavirusdan 1 080 nəfər, hazırkı dövrədək isə 901 843 nəfər sağalıb.