Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko adına kömür mədənində tüstülənmə baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 187 şaxtaçı mədəndən çıxarılıb, hadisə nəticəsində xəsarət alan yoxdur.
Nazirlik bildirib ki, tüstünün aradan qaldırılmasına baxmayaraq, təxliyə planının tətbiqi və digər səviyyələrdə mədənlərdə olan 194 şaxtaçının çıxarılması barədə qərar qəbul edilib.