2022-ci ilin noyabrında Qazaxıstanda inflyasiya səviyyəsi illik ifadədə 19,6%-ə yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bildirib.
“Bu ilin 11 ayında iqtisadi artım 4,6%-dən 2,7%-ə qədər azalıb. İnflyasiyaya gəlincə, o, son 14 ildə tarixi maksimuma çatıb və 19,6% təşkil edib. Təbii ki, belə vəziyyət vətəndaşların həyat səviyyəsinə və gəlirlərinə ən çox mənfi təsir göstərir”, – Tokayev qeyd edib.