Qazaxıstanda iğtişaşlarla bağlı 8 minə yaxın adam saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Ölkə üzrə 7939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları, Milli Qvardiyanın hərbçiləri və Almatıda xüsusi təyinatlılarla birlikdə 2 bazarda 207 nəfəri saxlayıb.
Saxlanılanlardan oğurlanmış 5 avtomobil, əşyalar və maddi sərvətlər, 6 ədəd soyuq silah götürülüb”, – deyə məlumatda bildirilib.