Qazaxıstanda baş verən iğtişaşlar zamanı bu ölkənin Fövqəladə Hallar Nazirliyinin 10 əməkdaşı xəsarət alıb.
AzerTimes-ın məlumatına görə, bu barədə FHN-in rəsmi nümayəndəsi Talqat Ualiyə istinadən “Xəbər-24” telekanalı məlumat yayıb.
Bildirilir ki, xəsarət alan FHN əməkdaşları arasında odlu silahdan yaralananı da var. Son günlər ərzində iğtişaşçılar yanğının söndürülüməsində iştirak edən və ya çağırış nöqtəsinə yollanan 33 dəfə yanğınsöndürən avtomobilinə hücum ediblər. Nəticədə təxminən 30 ədəd yanğınsöndürən və xilasetmə texnikasına zərər dəyib, o cümlədən 5 avtosistern yanıb.
“İğtişaşçılar yanğınsöndürənlərə daş atıb, atəş açıb və avtomobillərlə onların qarşısını kəsiblər. Daxil olan hədələrə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 75 yanğın söndürülüb, 143 nəfər yanğından xilas edilib və təxliyə edilib”, – deyə rəsmi nümyəndə bildirib.