Qazaxıstanda iğtişaşlar zamanı dinc sakinlər arasında ölənlər var – Tokayev

Qazaxıstanda iğtişaşlar nəticəsində dinc sakinlər arasında həlak olanlar var, hazırda dəqiq say müəyyənləşdirilir.

Trend-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında deyib.


Onun sözlərinə görə, güc strukturlarının 16 əməkdaşı həlak olub, 1,3 mindən çoxu yaralanıb.