Qazaxıstanda iğtişaşlar zamanı dəymiş ilkin zərər açıqlanıb

Talançılar 100-dən çox iri ticarət obyektini və bankları talayıblar. İlkin ziyan 87 milyard tengedən (təxminən 200 milyon dollar) çoxdur.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Daxili İşlər naziri vəzifələrini icra edən Yerlan Turqumbayev bildirib.

Onun sözlərinə görə, cinayətkarlar hakimiyyət qüvvələrinin nüfuzuna kölgə salmaq məqsədilə polis əməkdaşları, hərbi qulluqçuların formalarını geyərək qanunsuz hərəkətlər ediblər.


“Mövcud vəziyyəti nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul edib. Buna uyğun olaraq, avtonəqliyyat vasitələrinin hərəkətinə, giriş-çıxışına, sənədlərin yoxlanılmasına, şəxsi əşyaların, avtomobillərin və yüklərin yoxlanılmasına məhdudiyyətlər, habelə kütləvi tədbirlərin keçirilməsinə qadağa və digər tədbirlər tətbiq edilib”, – deyə Turqumbayev bildirib.

O, əlavə edib ki, sadalanan qaydaları pozmağa görə cinayət və inzibati məsuliyyət nəzərdə tutulub.

Teqlər: