Qazaxıstanda iğtişaşlar zamanı dəyən ziyanın həcmi 100 milyon dolları ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Qazaxıstanda iğtişaşlar zamanı vurulan maddi ziyanın həcmi hesablamalara əsasən 101,8 milyon dollara yaxındır.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatasının yenilənmiş hesabatında deyilir.

Qeyd olunur ki, təkcə Almatı şəhərinə vurulan ziyanın həcmi 100,6 milyon dollara çatır.

Maddi ziyan, əsasən, ticarət, ictimai iaşə, nəqliyyat, xidmətlər və maliyyə sektoruna vurulub. Ümumilikdə 662 kommersiya obyektinə ziyan vurulub.

Almatıda 6 silah mağazası qarət edilib.