Qazaxıstanın Şimali Qazaxıstan vilayətinin prokurorluğu
Petropavlovsk sakinlərini istilik elektrik stansiyasında borunun
qismən çökməsi faktı ilə bağlı yoxlanılmamış məlumatlara etibar
etməməyə çağırır.
AzerTimes-ın
məlumatına görə, prokurorluqdan bildiriblər ki, dağıntılar altında
qaldığı ehtimal edilən maşinistin xilasetmə və axtarış işləri davam
edir.
“İstilik enerjisinin verilməsi adi rejimdə həyata keçirilir.
Yalan məlumatların artması ilə əlaqədar olaraq vətəndaşları yalnız
rəsmi mənbələrə etibar etməyə çağırırıq”, – deyə prokurorluq qeyd
edib.