Xəbər - Orxan Nəbiyev – Trend:
Qazaxıstanın cənubundakı hərbi hissədə yanğın söndürülüb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, hazırda bölgədə əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür. Daha əvvəl təxliyə olunmuş sakinlər evlərinə qayıdıb.
Xatırladaq ki, avqustun 26-da Jambıl vilayətində hərbi hissənin silah anbarında baş verən ard-arda partlayışlar nəticəsində 13 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb.
Avqustun 29-u Qazaxıstanda ümummilli matəm elan olunub.