Qazaxıstanda fövqəladə rejimi pozan 1,5 mindən çox şəxs məsuliyyətə cəlb edilib

Qazaxıstanda fövqəladə vəziyyət rejiminin pozulması ilə əlaqədar ümumilikdə 1,5 mindən çox şəxs məsuliyyətə cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə keçirilmiş operativ qərargahın iclasında bildirilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları və Silahlı Qüvvələr ölkədə vəziyyətin sabitləşməsi üçün fəal şəkildə işini davam etdirir. Ölkə ərazisində sakinlərin və nəqliyyat vasitələrinin yoxlanması üçün, eləcə də strateji obyektlərə nəzarət məqsədilə 93 blok-post quraşdırılıb.


Hazırda təhlükəsizlik xidmətlərinin əsas səyləri terrorçuların yerinin müəyyənləşdirilməsi və saxlanması üzrə operativ tədbirlərin reallaşdırılmasına yönəlib.