Qazaxıstanda kifayət qədər ərzaq ehtiyatı var, talançıların əlindən zərər çəkən pərakəndə satış şəbəkələrinin fəaliyyəti bərpa olunur.
AzerTimes-ın məlumatına görə, bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi bildirib.
Nazirlik qeyd edib: “Bu gün üçün kifayət qədər əsas ərzaq ehtiyatı var. Və ərzaq təminatının fasiləsiz olması üçün bütün lazımi şərait yaradılıb”.
Nazirlik ölkə vətəndaşlarına müraciət edərək bildirib ki, mümkün ərzaq çatışmazlığı ilə bağlı narahatlığa əsas yoxdur:
“Həmçinin, pərakəndə ticarət obyektlərinin fəaliyyətində ərzaq məhsullarının qiymətlərinin müəyyən edilməsində möhtəkirliyə istisna edilir və yol verilmir”.