Qazaxıstanda dəmiryol daşımaları tam bərpa olunub.
Trend bu barədə “Qazaxıstan Dəmir Yolu” şirkətinə istinadən məlumat verir.
Qeyd olunur ki, bundan əvvəl bağlı olan Makat, Aral-Teniz, Beyneu, Mangistau stansiyalarında sərnişin qatarlarının buraxılışı təmin olunub.
Eyni zamanda ölkənin Ticarət Şəbəkələri İttifaqı bildirib ki, Almatı istisna olmaqla heç bir regionda ərzaq tədarükü ilə bağlı fasilələr yoxdur.
Bütün şəhərlərdə ərzaq ticarət şəbəkələrinin fəaliyyəti normal rejimdə davam edir.
Almatıda antiterror əməliyyatları bitdikdən sonra fəaliyyətin tam bərpa olunması gözlənilir.