Qazaxıstanın şimalında baş verən meşə yanğınları yaxınlıqdakı kəndlərə də keçib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan fövqəladə hallar naziri Yuri İlin məlumat yayıb.
“1841 nəfər təxliyə edilib. Yanğın 100-dən çox evi yararsız hala salıb. Yanğın nəticəsində 1 nəfər ölüb, 3-ü FHN əməkdaşı olmaqla 10 nəfər xəsarət alıb”, – nazir bildirib.
Onun sözlərinə görə, bazar günü səhər saatlarında Qazaxıstanın şimalındakı Kostanay vilayətində yanğınların ümumi sahəsi 43 min hektara çatıb.
İlyin qeyd edib ki, yanğının yayılması ehtimalının yüksək olduğu səkkiz aktiv ocaq var.