Qazaxıstanda bütün maliyyə təşkilatları fəaliyyətini müvəqqəti dayandırır.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Mərkəzi Bankı bildirib.
Qeyd olunur ki, qərar Qazaxıstanın bütün regionlarında fövqəladə vəziyyətin tətbiq olunması və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib.
Qərara əsasən, antiterror əməliyyatlarının keçirilməsi və internetdə fasilələrin yaranması nəzərə alınaraq yanvarın 6-da bütün maliyyə təşkilatlarının, o cümlədən bankların, Qazaxıstan Fond Birjasının və digər qurumların işi dayandırılır.