Qazaxıstanda birgünlük matəm elan olundu

Qazaxıstanda birgünlük matəm elan olundu

Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısı Qasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadiə yerinə gedib.

Xatırladaq ki, Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı baş verən yanğınla bağlı indiyədək 21 işçinin meyiti aşkarlanaraq çıxarılıb, daha 23 nəfər isə orada qalıb. Hadisə zamanı şaxtada 252 nəfər olub.

Teqlər: