Qazaxıstan Jambıl vilayətinin və Şərqi Qazaxıstan vilayəti Semey şəhərinin administrasiyalı etirazçılardan təmizənib.
Trend-in məlumatına görə, bu barədə ölkənin İnformasiya və İnfrastruktur İnkişaf Nazirliyi bildirib.
Bundan başqa, Jambıl vilayətinin Taraz şəhərində “Nur Otan” partiyasının regional bölməsi, şəhər polis idarəsi üzərində nəzarət bərpa edilib.
Hər iki vilayətdə ümumi vəziyyətin nəzarət altında olduğu bildirilir.
Eyni zamanda, paytaxt Nursultanda internet rabitəsinin bərpa olunduğu məlumat verilib.