Qazaxıstanda xüsusi xidmət orqanları casusluq və dövlətə xəyanət
ittihamı ilə bir qrup şəxsi saxlayıb.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi
bildirib.
Qeyd olunur ki, həmin şəxslər arasında bir xarici vətəndaş da
var.
Saxlanan şəxslər barəsində “dövlətə xəyanət”, “casusluq”, “dövlət sirlərinin qanunsuz toplanması və ictimailəşdirilməsi”
ittihamları irəli sürülüb.