Qazaxıstanın Çimkənd şəhərində avtobus qarşıdan gələn zolağa çıxaraq piyadaların üzərinə sürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan polisi məlumat yayıb.
Hadisə zamanı 4 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Polis sürücünün qəza zamanı avtobusda olmadığını müəyyən edib. Məlumata görə, sürücü avtobusu əl əyləcinə qoyaraq nəqliyyat vasitəsini tərk edib.