Qazaxıstanda Almatı və Taldıkorqan istisna olmaqla bütün hava limanları adi rejimdə işini davam etdirir.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Komitəsi məlumat verir.
Qeyd olunur ki, iki şəhərdə hava limanları ölkədə ümumi vəziyyət normallaşandan sonra işini bərpa edəcək.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi eyni zamanda məlumat verir ki, Almatı, Kızılorda, Taldıkorqan və Taraz şəhərlərində ələ keçirilmiş bütün inzibati obyektlər azad edilib.
Hazırda xüsusilə vacib, strateji obyektlərin, silah anbarlarının mühafizəsi aparılır.
Almatı şəhərində isə Respublika meydanı mühasirədən çıxarılıb. Hazırda meydanın yaxınlığında barrikadaların sökülməsi davam etdirilir.