Qazaxıstanın Karaqanda vilayətində “Toyota Kəmri 70” mikroavtobusla toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə Qazasıxtan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza zamanı 9 nəfər həyatını itirib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.