Qazaxıstanın Karaqanda vilayətində 14 yük vaqonu relsdən çıxıb. Hadisə nəticəsində ölən olmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolları QSC məlumat yayıb.
Hadisə noyabrın 17-də saat 06:15-də, vaqonların nasazlığı səbəbindən baş verib. Hazırda hadisə yerində bərpa işləri aparılır.